Etirazçılar Bişkekdə parlament binasını TUTDU-VİDEO
Tarix: 6-10-2020, 08:00
Baxılıb: 4 556
Google+ Paylaş
Tumblr Paylaş

Etirazçılar Bişkekdə parlament binasını TUTDU-VİDEO

6-10-2020, 08:00

Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılar prezident administrasiyasının da yerləşdiyi parlament binasını nəzarətə götürüblər. 
Bu barədə TASS agentliyi məlumat yayıb. 
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saat davam edən qarşıdurmadan sonra bir qrup nümayişçi hasarlanmış parlament binasına daxil olmağa müvəffəq olublar.
Qeyd olunur ki, etirazçıların hücum etdiyi binada prezident administrasiyası əməkdaşlarından və parlamentarilərdən heç kim olmayıb.
 Bişkekdə etirazçılarla polis arasında baş verən toqquşmalarda yaralananların sayı 16-ya çatıb.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Son məlumata görə, Qırğızıstan paytaxtının mərkəzində polislə nümayişçilər arasında şiddətli qarşıdurmalar davam edir.
Etirazçılar taxta parçaları, armatur və səki daşları ilə hüquq mühafizə orqanlarına hücum edib.
Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.
Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularına əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.  

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ