İrandan rəqiblərinə güc nümayişi: gözəgörünməz hədəfləri...
Tarix: 10-06-2019, 08:17
Baxılıb: 852

İrandan rəqiblərinə güc nümayişi: gözəgörünməz hədəfləri...

10-06-2019, 08:17

İranın müdafiə naziri, briqada generalı Əmir Xatəmi Hava Hücumundan Müdafiənin yeni müasir sistemi olan ““Xürdad-15”ı təqdim edib.
Avromedia.az xəbər verir ki, bu haqda İranın “Tasnim” informasiya agentliyi bildirib.
Müdafiə sistemi “Sayyad-3” raketlərinin köməyi ilə müxtəlif hədəfləri vura bilir. Sistem 150 kilometr radiusda hərbi təyyarələr və pilotsuz təyyarələr də daxil olmaqla, eyni zamanda altı müxtəlif hədəfi aşkar edə, 120 kilometr radiusda onları izləyə bilir.
Nazir qeyd edib ki, sistem 75 kilometr radiusda və 27 kilometrə qədər hündürlükdə rəqibin obyektlərinin məhv edilməsinə hesablanıb. Onun sözlərinə görə, yeni sistem həmçinin 85 kilometr radiusda gözəgörünməz hədəfləri aşkar edə və onları 45 kilometr radiusda vura bilər.
“Xürdad-15” portativliyinin yüksək dərəcəsi sayəsində açıla bilər və beş dəqiqə ərzində hərəkətə gətirilir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ