Amerikalı ekspert Paşinyanın dünənki feyk çıxışından yazdı - FOTO
Tarix: 30-09-2020, 12:25
Baxılıb: 3 004
Google+ Paylaş
Tumblr Paylaş

Amerikalı ekspert Paşinyanın dünənki feyk çıxışından yazdı - FOTO

30-09-2020, 12:25

Qarabağ münaqişəsi üzrə ekspert, ABŞ-ın EurasiaNet.org portalının şərhçisi Coşua Kuçera özünün Tvitter səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən axşam “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında “suriyalı muzdluların Azərbaycana gətirilməsi” barədə dediklərindən danışıb.

Paşinyan deyib ki, onun aldığı məlumata görə artıq suriyalı muzdlular Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrində yerli əhali ilə qarşıdurmaya giriblər, toqquşma olub.

Coşua Kuçera Paşinyanın bu informasiyanı feyk-mənbədən götürdüyünü yazıb.

O, ermənilərin özlərinin Azərbaycana qarşı feyk xəbərlər paylaşmaq üçün qurduqları “freeazerbaijan.info” adlı sayta istinad edir. Hansı ki, həmin yalan məlumat iki gün əvvəl bu saytda yerləşdirilmişdi.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ