ABŞ-ın İranın ən böyük neft şirkətini hədəf almasına - Cavab
Tarix: 8-06-2019, 21:16
Baxılıb: 1 748
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-ın İranın ən böyük neft şirkətini hədəf almasına - Cavab

8-06-2019, 21:16

ABŞ-ın İran neft-kimya sənayesi ilə bağlı sanksiyaları beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.
Avromedia.az xəbər verir ki, bunu ABŞ-ın İranın “Persian Gulf Petrochemical İndustries” şirkətinə qarşı sanksiya tətbiq etməsinə münasibət bildirən İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. O bildirib ki, dünya ölkələri də bu məsələdə səssiz qalmamalıdır:
"İranın neft-kimya sənayesinə tətbiq edilən sanksiyalar iqtisadi terrorizmin bir nümunəsidir və bu, ABŞ-ın İrana qarşı düşmənçiliyi davam etdirdiyini göstərir. ABŞ-ın bu siyasəti uğursuz olacaq. Çünki bu metod bundan əvvəlki ABŞ liderləri tərəfindən də dəfələrlə sınaqdan keçirilmiş metoddur və nəticəsi olmayıb. Bütün dünya ölkələri ABŞ-ın bu sanksiyalarına münasibət bildirməlidir”.
Qeyd edək ki, ötən gün ABŞ İranın ən böyük neft-kimya şirkətlərindən biri olan “Persian Gulf Petrochemical İndustries”ə qarşı sanksiya tətbiq edib. Sanksiyalar siyahısına həmçinin 39 törəmə şirkət də daxil edilib.
Bu şirkət və onun törəmələri İranın neft-kimya istehsalının 40%-ni, neft-kimya məhsulları ixracının isə 50%-ni nəzarətdə saxlayır.
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ