Putin hakimiyyətdən getməlidir - Rifkind
Tarix: 8-06-2019, 12:59
Baxılıb: 1 752

Putin hakimiyyətdən getməlidir - Rifkind

8-06-2019, 12:59

Krımın işğalı ilə bağlı yaranmış situasiya SSRİ-nin 1940-cı ildə Baltikyanı ölkələri işğal etməsinə bənzəyir.
Avromedia.az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində Britaniyanın keçmiş Müdafiə naziri Malkolm Rifkind deyib.
“Mən Krımın həll olunmasına nə qədər ilin sərf olunacağı ilə bağlı proqnoz verə bilmərəm. SSRİ dağılmazdan 3 il əvvələ qədər heç kim düşünmürdü ki, bu şey baş verəcək. Krımın işğalı situasiyası SSRİ-nin Latviya, Litva və Estoniyanı işğal etməsinə bənzəyir.
Mən sadəlövh deyiləm. Demirəm ki, Putinlə danışıqlar masasına oturmaq lazımdır. Putini yeni liderin əvəzləməsi lazımdır. Əgər o, ağıllı olsa, onun administrasiyası Ukrayna hökuməti ilə münasibətlər qurmaq istəsə, o zaman növbəti addım Krımda bütün əhalinin səs verəcəyi referendum olacaq. Lakin bu, çox çətin baş verəcək”, – deyə o bildirib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ