Türkiyə F-35 proqramından tam çıxarılır: Yeni alternativ...
Tarix: 8-06-2019, 11:01
Baxılıb: 1 738

Türkiyə F-35 proqramından tam çıxarılır: Yeni alternativ...

8-06-2019, 11:01

ABŞ Türkiyənin Rusiyaya S-400 komplekslərinin tədrisi üçün hərbi mütəxəssislər göndərməsinə təəssüf edir.
Avromedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə nazirinin müavini Ellen Lord deyib.
“Biz bütün səviyyələrdə dəqiq şəkildə bəyan etmişik ki, əgər Türkiyə S-400 tədarükünü həyata keçirsə, F-35 almayacaq. Əgər Türkiyə bundan imtina etsə, biz səbirsizliklə proqram üzrə ənənəvi fəaliyyətin bərpasını gözləyirik. ABŞ F-35-lərin tədrisinə görə gələn türkiyəli mütəxəssislərə ölkəni tərk etmələri üçün 31 iyula qədər vaxt verəcək.
Türkiyə hazırda F-35-lər üçün lazımlı olan 937 ehtiyat hissənin istehsalını həyata keçirir. Bunlardan 400-ü yalnız Türkiyədə istehsal edilir. ABŞ “Lokhid Martin” və “Prat Vitni” şirkətləri ilə türk istehsalına qarşı alternativ mənbələr tapmaq üzərində çalışır”, – deyə o bildirib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ