Bu ölkədə insanların bir-birinə qonaq getməsi qadağan olundu
Tarix: 22-09-2020, 20:25
Baxılıb: 4 596
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkədə insanların bir-birinə qonaq getməsi qadağan olundu

22-09-2020, 20:25

Koronavirus son vaxtlar sürətlə yayılması səbəbindən şotlandların bir-birinə qonaq getməsi qadağan olunub.
Avromedia.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə bağlı karantin rejiminin sərtləşdirilməsini Şotlandiyanın Baş Naziri Nikola Stercen bəyan edib.
O, həmçinin yerli vaxtla saat 22:00-dan sonra pivəxana və restoranların fəaliyyətinin dayandırılacağını, açıq havada yığıncaqların məhdudlaşdırılacağını bildirib. Bundan sonra regionda altı nəfərdən çox qruplar halında toplaşmağa icazə verilməyəcək.
Baş Nazirin sözlərinə görə, region sakinləri əvvəlki kimi evlərindən işləməlidir. Bununla yanaşı, epidemioloji vəziyyətin imkan verəcəyi təqdirdə məktəblər və müəssisələr açıq qalacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ