Afinada ilk məscidin tikintisi başa çatıb
Tarix: 7-06-2019, 21:00
Baxılıb: 1 750

Afinada ilk məscidin tikintisi başa çatıb

7-06-2019, 21:00

Yunanıstanın paytaxtı Afinada ölkə müstəqillik qazandıqdan sonra ilk məscidin tikintisi başa çatıb. Yunanıstanın təhsil və dini işlər naziri Kostas Qavroğlu işlərin gedişatı barədə məlumat almaq üçün məscidi ziyarət edib.
Avromedia.az xəbər verir ki, bu barədə Yunanıstanın Təhsil Nazirliyi məlumat yayıb.
"Bu, ölkəmiz üçün çox mühüm bir gündür. Bir çox maneələrdən sonra biz ölkədə məscid tikə bildik" - deyə Qavroğlu qeyd edib.
Onun sözlərinə görə, məsciddə ilk namazqılma mərasimi sentyabr ayında baş tutacaq. Ancaq Qavroğlu eyni zamanda bunun avqustun 16-da baş verəcəyi ehtimalını da istisna etməyib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ