Yunanıstanı qorxu bürüdü
Tarix: 7-06-2019, 08:34
Baxılıb: 1 959

Yunanıstanı qorxu bürüdü

7-06-2019, 08:34

Afina Türkiyənin S-400 Rusiya raket-zenit komplekslərini əldə etmək barədə qərarından narahatdır.
Avromedia.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Yunanıstanın müdafiə naziri Evanqelos Apostolakis bildirib.
Onun sözlərinə görə, türk tərəfinin S-400 komplekslərini əldə etməsi Yunanıstanda silah sistemini yenidən qurmaq ehtiyacına gətirib çıxaracaq. Həmçinin nazir qeyd edib ki, Afina Ankaranın F-35 beşinci nəsil Amerika qırıcılarını almasına qarşıdır. O, bunu yunan radiolakasiya sistemlərinin F-35 qırıcılarını aşkar edə bilməməsi ilə izah edib.
“Onlar uçaq hər şeyi güllələyə biləcəklər”, - Apostolakis dəqiqləşdirib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ