ABŞ Krımın Rusiyaya ilhaqını tanıyıb - Lavrov
Tarix: 6-06-2019, 11:41
Baxılıb: 1 747

ABŞ Krımın Rusiyaya ilhaqını tanıyıb - Lavrov

6-06-2019, 11:41

ABŞ 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən referendumun nəticələrinin obyektivliyini tanıyıb, ancaq buna baxmayaraq səsvermənin təkrarlanmasını istəyib.
Avromedia.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, 2014-cü ildə ABŞ-ın dövlət katibi olan Con Kerri səsvermə nəticələrinin krımlıların arzusunu əks etdirdiyini qəbul edib, ancaq beynəlxalq normalara uyğun şəkildə təkrar seçki keçirilməsini tələb edib.
“Hansı əsasla? Əgər hər şey sizə aydındırsa, niyə insanları yenidən hansısa səsverməyə qovaq? Ümid edirəm, Con məndən inciməz”, - Lavrov bildirib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ