Lukaşenko koronavirusdan bu yolla sağaldı - ÖZÜ AÇIQLADI
Tarix: 4-08-2020, 15:37
Baxılıb: 5 005
Google+ Paylaş
Tumblr Paylaş

Lukaşenko koronavirusdan bu yolla sağaldı - ÖZÜ AÇIQLADI

4-08-2020, 15:37

Belarusiya Prezidenti Aleksandr Lukaşenko sağlam həyat tərzinin, idmanın və təmiz havanın koronavirusa yoluxduqdan sonra sağalmasına kömək etdiyini söyləyib.
Avromedia.az kp.ru-ya istinadən xəbər verir ki, prezident artıq tam sağaldığını bəyan edib.
“Pandemiyanın göstərdiyi kimi, zəifləmiş immuniteti olan insanlar risk altındadır. Odur ki, hamı sağlam həyat tərzi qaydalarına əməl etməlidir, düzgün qidalanma, təmiz hava və idman. Bunu sizə bu yoldan keçən bir insan deyir. Evdə qalsanız, həmişə xəstələnəcəksiniz” , - Lukaşenko parlamentə və xalqa müraciətində deyib.
Xatırladaq ki, keçən ayın sonlarında Aleksandr Lukaşenko Minskdəki hərbi hissəyə baş çəkərkən koronavirusa yoluxduğunu, lakin xəstəliyi asemptomatik keçirdiyini açıqlayıb.
“Siz artıq ayaqları üzərində dayanmağı və koronavirus infeksiyasının heç bir simptomları olmayan bir insanı görürsünüz. Nəticə dünən açıqlandı. Əvvəllər dediyim ki, ölkə əhalisinin 97% -i xəstəliyi klinik təzahürlər olmadan keçirir. Allaha şükür ki, bu asimptomatik keçirməyi bacardım. İndi mən bu infeksiyanı keçirərək Belarusiyanın qızıl fonduna düşdüm” , - Belarus prezidenti deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ