Rusiya Baş Konsulluğunda teraktın qarşısı alındı
Tarix: 2-08-2020, 00:00
Baxılıb: 1 171
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya Baş Konsulluğunda teraktın qarşısı alındı

2-08-2020, 00:00

İran “Tonder” terror təşkilatının lideri Cəmşid Şarməhdi ələ keçirib.
Avromedia.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
“İranda silahlı aksiyalar və təxribat əməliyyatlarını ABŞ-dan idarə edən “Tonder” terror təşkilatının lideri Cəmşid Şarməhd Kəşfiyyat Nazirliyi tərəfindən saxlanılıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, “Tonder” terror təşkilatı 2018-ci il 12 aprel tarixində Şiraz şəhərində terror aktı törətməkdə ittiham edilir. Həmin hadisə zamanı 14 nəfər ölüb, 215 nəfər isə yaralanmışdı. Bundan başqa, təşkilat tərəfindən İranda bir neçə təxribat xarakterli hücumların törədildiyi iddia olunur.
Təşkilatın lideri sayılan C.Şarməhd ABŞ-ın Kaliforniya ştatında media vasitəsilə İran əleyhinə fikirlər səsləndirməklə məşğul olub.
***
"Tonder" terror qruplaşması İranın Rəşt şəhərində Rusiya Baş Konsulluğunda terror aktı planlaşdırırmış.
Bu barədə iddianı İRİB agentliyi yayıb.
Məsələ ilə bağlı Rusiya Baş Konsulluğundan bildirilib ki, qurum təsdiqlənməmiş məlumatlar barədə açıqlama vermir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ