Fransada hökumət əleyhinə aksiyalar davam edir.
"Sarı jiletlər" hərəkatının üzvləri yanacaq qiymətlərinin artması, iqtisadi şəraitin pisləşməsi və ümumilikdə prezident Emmanuel Makronun siyasətindən narazıdırlar.
Avromedia.az "Anadolu"ya istinadən xəbər verir ki, Parisdə Dunfer-Roşro meydanında toplanan nümayişçilər "Place de la Nation" meydanına yürüş edib.
Şəhər polisi Yelisey Çöllərində, parlament binasının qarşısında və Notr-Dam kilsəsi yaxınlığında, aksiyaların keçirilməsini qadağan edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə son etiraz aksiyalarında 9 500 nəfər iştirak edib.