Bayden: Ərdoğan bu qərarı ləğv etməlidir
Tarix: 11-07-2020, 22:24
Baxılıb: 1 095
Google+ Paylaş
Tumblr Paylaş

Bayden: Ərdoğan bu qərarı ləğv etməlidir

11-07-2020, 22:24

ABŞ prezidentliyinə namizəd Cozef Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Aya Sofya ilə bağlı qərarı ləğv etməsi üçün çağırış edib.
Avromedia.az xəbər verir ki, bununla bağlı bəyanat yayan Bayden Aya Sofyanın məscidə çevrilməsindən təəssüf hissi keçirdiyini bildirib.
O, Ərdoğandan bu qərarı ləğv etməyi və Aya Sofyanın muzey statusunda qalmasını, hər kəsin üçün bərabər hüquqlu girişin təmin edilməsini tələb edib:
Bayden onu da bildirib ki, gözəl memarlığı və bir çoxları üçün dəyərli yer olan Aya Sofya 85 il əvvəl muzeyə çevrilməsindən sonra bütün dünyadan insanların ziyarət və dua etmək imkanı olduğu məkan olub.
Qeyd edək ki, ötən gün Türkiyə Dövlət Şurası (Ali İnzibati Məhkəmə) İstanbuldakı Müqəddəs Sofya kilsəsinin (Aya Sofya) muzeyə çevrilməsi barədə 1934-cü il tarixli qərarı ləğv edib, bunun ardınca isə Ərdoğan Aya Sofyanın ibadətə açıldığını bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ