Qardaş ölkədə ən hündür körpünün açılışı oldu
Tarix: 11-07-2020, 21:46
Baxılıb: 1 134
Google+ Paylaş
Tumblr Paylaş

Qardaş ölkədə ən hündür körpünün açılışı oldu

11-07-2020, 21:46

Türkiyədə yeni inşa olunan Bəğəndik körpüsünün açılış mərasimi keçirilib. Bu çərçivədə, eyni zamanda, Küçüksu-Hizan ayrımı-Pərvari magistralı istifadəyə verilib.
Avromedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatla körpünün açılışına qatılıb.
Əvvəlcə Nəqliyyat və İnfrastruktur naziri Adil Qaraismayıloğlu Botan çayı üstündə 165 metr hündürlükdə tikilən körpünün texniki göstəriciləri və əhəmiyyətindən danışıb.
Türkiyə Prezidenti bildirib ki, ölkədə son illər inşa olunan körpü və tunellər, eləcə də magistral yollar ölkə iqtisadiyyatının inkişafına, nəqliyyatın rahat hərəkətinə önəmli təsir göstərəcəkdir.
Qeyd edək ki, uzunluğu 450, eni 14 metr olan körpü Vanla Siirt-Pərvari arasındakı 5 saatlıq qətetməni 2 saata endirir. Bəğəndik körpüsünün salınması 1974-cü ildən nəzərdə tutulsa da, ötən dövrdə bir sıra səbəblərdən bu mümkün olmayıb. Tikintiyə mane olan ən mühüm səbəb isə terror təşkilatlarının buna imkan verməməsi idi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ