Sabah üçüncü Ay tutulması baş verəcək
Tarix: 4-07-2020, 18:13
Baxılıb: 4 970
Google+ Paylaş
Tumblr Paylaş

Sabah üçüncü Ay tutulması baş verəcək

4-07-2020, 18:13

İyul ayının 5-də yarımkölgəli Ay tutulması olacaq.
Bu barədə Avromedia.az-a AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, tutulma hadisəsi saat 07:07-də başlayacaq və saat 09:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 08:31-də olacaq.
Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.
Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ