Banqladeşdə dəhşətli bərə qəzası: ən azı 30 ölü var
Tarix: 29-06-2020, 23:43
Baxılıb: 1 084
Google+ Paylaş
Tumblr Paylaş

Banqladeşdə dəhşətli bərə qəzası: ən azı 30 ölü var

29-06-2020, 23:43

Banqladeşin paytaxtı Dəkkədən keçən Buriqanqa çayında baş verən bərə qəzasında 30 nəfər həyatını itirib. Qəzada ölənlərin cəsədlər sudan çıxarılıb.
Avromedia.az xəbər verir ki, “Səhər quşu” adlı bərə səhər saatlarında qayıqla toqquşma nəticəsində aşıb. Mülki Müdafiə Qərargahından bildiriblər ki, ilkin ehtimala əsasən, bərədə 50-60 nəfər olub. Şahidlərin sözlərinə görə, bəzi sərnişinlər üzərək sahilə çıxa biliblər. Hazırda itkin düşmüş hesab olunan digər şəxslərin axtarışları davam edir. Çayın güclü axını və dalğalar axtarış işlərini çətinləşdirib. Tapılan 30 cəsəd arasında 8 qadın və 3 uşaq var.
Qeyd edək ki, bərə Banqladeşdə ən çox istifadə olunan nəqliyyat növlərindən biridir. Bərələr çox vaxt texniki imkanlarından artıq sayda sərnişin daşıyır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ