Serbiya ordunu sərhədə yeritdi – Rusiyadan reaksiya
Tarix: 30-05-2019, 09:34
Baxılıb: 1 755
Google+ Paylaş
Tumblr Paylaş

Serbiya ordunu sərhədə yeritdi – Rusiyadan reaksiya

30-05-2019, 09:34

Kosovadakı situasiyanı Balkanlarda Rusiyaya münasibətdə sanitar dəhliz yaratmaq istəyənlər gərginləşdirir.
Avromedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasından Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Bu məqsədin reallaşdırılması üçün bütün region ölkələri NATO-ya daxil edilməlidir. Siz bunu Makedoniyanın adının dəyişdirilməsi məsələsində gördünüz. İndi biz görürük ki, Serbiyanı da Kosovanın müstəqilliyinin tanınmasını rəsmiləşdirməyə məcbur etmək istəyirlər. Bu, NATO-nun yolunu Qərbi Balkanlardakı yeni ərazilərə açacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Kosova xüsusi təyinatlıları serb əhalinin yaşadığı bölgələrə daxil olaraq, burada həbslər aparıblar. Bundan dərhal sonra Serbiya ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirərək, Kosova ilə sərhədə yeridib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ