Prezident ÜST-ü hədələdi: Trampın izi ilə gedəcəyik
Tarix: 6-06-2020, 14:23
Baxılıb: 2 868
Google+ Paylaş
Tumblr Paylaş

Prezident ÜST-ü hədələdi: Trampın izi ilə gedəcəyik

6-06-2020, 14:23

Braziliya Prezidenti Jair Bolsonaru ABŞ-dan sonra Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılacağı ilə bağlı qurumu hədələyib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Jair Bolsonaru ABŞ lideri Donald Trampın ÜST-ün maliyyəsini dayandırmaq qərarını xatırladıb və Braziliyanın onun izi ilə gedəcəyini açıqlayıb. Prezident qurumu ideoloji əsas olmadan işləməyə çağırıb.
“Sağlamlıq baxımından tədbirlərin həyata keçirilməsində kənardan gələn insanlara ehtiyacımız yoxdur”, - deyib.
Bundan əvvəl Cenevrədəki mətbuat konfransında təşkilatın sözçüsü Marqaret Harris koronavirus səbəbilə qoyulan məhdudiyyətləri aradan qaldırdığı üçün Braziliyaya çox tələsik davrandığı barədə xəbərdarlıq etmişdi. O, Latın Amerikasında COVID-19-un ciddi narahatlıq yaratdığını qeyd etmişdi.
Xatırladaq ki, Ağ Ev ÜST-ə maliyyə yardımını aprelin ortalarında dayandırıb. Tramp “Cavabdakı səhvlər və koronavirusun yayılmasının gizlədilməsi” məsələsi araşdırılmayana qədər belə bir tədbirin qüvvədə qalacağını deyib. Prezident aprelin sonunda ÜST ilə Çini SARS-CoV-2 barədə məlumatları gizlətməkdə ittiham edib və mümkün fərziyyənin araşdırılması barədə tapşırıq verib.
İyunun 6-na olan məlumata görə, dünyada 6,69 milyondan çox insan koronavirusa yoluxub, onlardan 392 min nəfəri ölüb, 2,9 milyonu sağalıb. Ən çox yoluxanlar ABŞ, Braziliya, Rusiya, İngiltərə və İspaniyadadır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ