Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa edir
Tarix: 22-05-2020, 22:30
Baxılıb: 1 066
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa edir

22-05-2020, 22:30

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin məlumatına görə, mayın 25-dən ölkənin bütün şəhərləri arasında hava əlaqəsi tamamilə bərpa olunacaq.
Avromedia.az AZƏRTAC-a istinadən bildirir ki, ciddi karantin sanitariya qaydalarına riayət olunaraq aviaşirkətlər tərəfindən reyslərin sayı müstəqil şəkildə müəyyən ediləcək.
Uçuşlar nəqliyyatda baş sanitar həkimin müəyyən etdiyi ciddi sanitariya təhlükəsizliyi tədbirləri şəraitində həyata keçiriləcək, yəni şəxsi qoruyucu vasitələrdən, termometriyadan, təyyarəyə minmədən əvvəl sosial məsafə qorunmaqla hava limanları və təyyarələrdə dezinfeksiya işləri aparılacaq.
Qeyd edək ki, artıq Qazaxıstan daxilində bir çox şəhərlər arasında aviareyslər mayın 1-dən bərpa edilib.
Xatırladaq ki, Qazaxıstanda COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə sərnişindaşımaların bütün növlərinin fəaliyyətinə məhdudiyyətlər qoyulmuşdu.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ