Virusun başladığı yerdə daha bir qadağa- Bu heyvanlar...
Tarix: 21-05-2020, 12:24
Baxılıb: 2 425
Google+ Paylaş
Tumblr Paylaş

Virusun başladığı yerdə daha bir qadağa- Bu heyvanlar...

21-05-2020, 12:24

Yeni tip koronavirus pandemiyasının episentri olan Çinin Uhan şəhərində vəhşi heyvanların ticarətinin qadağan olunmasından sonra daha bir qərar qüvvəyə minib.

Uhanda artıq vəhşi heyvan ovlamaq və yemək də qadağandır.

Qəzetin xəbərinə görə, qadağaya balıq çeşidləri və “əsarətdə yetişdirilən” bütün canlılar daxildir.

Qeyd edək ki, yeni tip koronavirusun ortaya çıxma səbəbi elmi təsdiqini tapmayıb. Virusun yarasa, panqolin və ilandan keçdiyi səsləndirilən ehtimallar arasındadır.

Xatırladaq ki, pandemiyanın ötən ilin dekabrında ortaya çıxmasından sonra Çində bütün vəhşi heyvanların ticarəti dayandırılmışdı. Buna baxmayaraq, ticarətin davam etməsi ilə bağlı xəbərlər gəlməkdədir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ