İkinci dalğa başlandı: 10 milyonluq şəhər bağlandı...
Tarix: 18-05-2020, 23:55
Baxılıb: 1 052
Google+ Paylaş
Tumblr Paylaş

İkinci dalğa başlandı: 10 milyonluq şəhər bağlandı...

18-05-2020, 23:55

Çində koronavirusun yeni dalğası başlayıb. Çin hökuməti ölkənin şimal-şərqində 100 milyondan çox insana təhlükə törədə biləcək virusun yayıla bilməsi səbəbindən ciddi karantin tətbiq etmək məcburiyyətində qalıb.
Avromedia.az Musavat.com-a istinadən xəbər verir ki, indiyə qədər bölgədə yalnız 34 yeni infeksiya qeydə alınıb. Lakin Çizilin əyalətində artıq məktəblər və nəqliyyat tam bağlanıb.
Qeyd edilir ki, bu, Çin hakimiyyətinin koronavirusun mümkün ikinci dalğasından qorxduğunu göstərir.
İddia olunur ki, təcili hazırlıqlar koronovirusun ikinci dalğasının daha ağır ola biləcəyini göstərir. Çin hakimiyyəti Şulan şəhərini tam mühasirəyə alıb. Vilayətə təcili hökumət komissiyası göndərilib. Çölə çıxmaq yasağı tətbiq edilmiş şəhərlərdə insanlara yemək almaq üçün iki gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ