Macarıstan turizm sektorunun keçmiş gücünü nə vaxt bərpa edəcək?
Tarix: 8-05-2020, 22:36
Baxılıb: 1 025
Google+ Paylaş
Tumblr Paylaş

Macarıstan turizm sektorunun keçmiş gücünü nə vaxt bərpa edəcək?

8-05-2020, 22:36

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Macarıstanda da iqtisadiyyatın turizm sahəsinə güclü zərbə endirib. Daha təyyarələr uçmur, qatarlar hərəkət etmir, sərhədlər bağlanıb, otellər boşalıb, restoran və kafelərin mətbəxlərindən ətrafa dadlı təamların iştahaaçan qoxusu yayılmır. Bütün kateqoriyalardan olan insanlar kimi, turistlərdən də evlərində oturmaq tələb olunub. Avromedia.az AZƏRTAC-a istinadən bildirir ki, yaranmış vəziyyət turizm sektorunda çalışanların kabusuna çevrilib. Xüsusilə Çexiya, Macarıstan, İtaliya, Yunanıstan kimi turizm ölkələrində ağrılı əks-səda doğurub...
Turizm sahəsini necə bir gələcək gözləyir və bu ölkələr iqtisadiyyatın turizm sahəsini nə vaxt bərpa edəcəklər?
Macarıstan hökumətinin gördüyü çevik tədbirlər artıq bu günün özündə belə düşünməyə əsas verir ki, Macarıstanın turizm sahəsinin regional səviyyədə rəqabət qabiliyyətinin saxlanması şansı yetərincə yaxşı qiymətləndirilir. Bununla belə, koronavirusun təsiri sahəvi şirkətləri "komfort zonasından kənarda" uzunmüddətli dəyişikliklərə getməyə məcbur edib.
Bununla belə, bu il başqa qitələrdən turistlərin gələcəyinə ümid bağlamağa dəyməz. Sahə öz durumunu hələlik daxili turizm və yaxın dövlətlərdən səyyahlar hesabına düzəldə bilər.
Artıq bu günün özündə aydındır ki, müəyyən müddət dünya əvvəlki kimi olmayacaq. Koronavirusun yayılmasının təsiri bütün dünyada turizm sahəsini komfort zonasından kənarda elə dəyişikliklərə getməyə məcbur edib ki, bunlar istər turizm bazarının ayrı-ayrı oyunçularının, istərsə də bütövlükdə sahənin rəqabət bacarığını müəyyən edəcək. Axı sirr deyil ki, turistlərin prioriteti həmişə təhlükəsizlik olub. Odur ki, insanlar yalnız əlverişli şərtlər yaradılacağı təqdirdə turizm xidmətlərindən yenidən istifadə etməyə başlayacaqlar.
Adıçəkilən ölkələrin regionlarında turizm yavaş-yavaş canlanmağa başlayır. Bu, artıq nəzərə çarpır. Əgər bazar iştirakçıları öz təhlükəsizliyinin qeydinə qalan turistləri daim cəlb etsələr, sahə müəyyən mədaxil əldə edə bilər. Buna reklam, habelə otel sahiblərinin daxili turistlərin cəlb edilməsi üzrə səyləri kömək edə bilər. Hökumətin bu yaxınlarda verdiyi məlumata görə, həmin proqramı artıq iyunda işə salmaq planlaşdırılır.
Ötən il turizm Macarıstanın ümumi daxili məhsulunun 13 faizini təşkil edib. Bazara Macarıstanın on minlərlə kiçik və orta şirkəti cəlb olunub. Həmin şirkətlər təqribən 500 min insanı, yəni əhalinin 6 faizini işlə təmin edir.
Son on ildə milli iqtisadiyyatda turizm sahəsinin payı sabit şəkildə artır. Ötən il bu baxımdan ən əhəmiyyətli il olub. Koronavirus karantinindən əvvəlki vəziyyət bu meylin davam edəcəyini göstərirdi, lakin martın ortalarında bazar ilk şoku yaşadı və məhz onda pandemiya sahəni faktiki olaraq dayandırdı.
Hökumətin haqqını vermək lazımdır. O, milli turizm seqmentində böhrana çevik reaksiya verib. Sığorda ödəmələrinin minimima qədər azaldılması bazarın canlanmasına əlavə təkan verib. İndi sektorun banklar qarşısında borcunun həcmi təqribən 500 milyard forint təşkil edir. Bu barədə işgüzar "BBJ" qəzeti yazıb.
Turizmdən tutulan verginin ləğv olunduğu da unudulmamaldır. Turizm sektorunda çalışan şirkətlər yenidən müxtəlif kredit proqramlarına müraciət etməlidirlər, çünki bunlar turizm sahəsi yenidən işə salınana qədər mövcud olan böhran vəziyyətində salamat qala bilmiş bazar iştirakçılarına səmərəli dəstək vasitəsinə çevrilib.
Axı milyonlarla turist Dunay sahillərində yerləşən gözəl və mehriban şəhərə yenidən gəlmək və ölkənin digər guşələrinə səyahət etmək fürsətini səbirsizliklə gözləyir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ