Sığortası olmadığı üçün müalicəsindən imtina olunan koronaviruslu xəstə öldü
Tarix: 28-03-2020, 22:06
Baxılıb: 976
Google+ Paylaş
Tumblr Paylaş

Sığortası olmadığı üçün müalicəsindən imtina olunan koronaviruslu xəstə öldü

28-03-2020, 22:06

ABŞ-da 17 yaşlı yeniyetmə koronavirusdan ölüb.  
Bu barədə yerli CBS portalı xəbər yayıb. 
Kaliforniya sakini olan yeniyetmə virusa yoluxma şübhəsi ilə yaxınlıqdakı xəstəxanaya müraciət edib. 
Ancaq sığortasının olmaması səbəbin xəstəxana onun müalicəsindən imtina edib və başqa klinikaya yönləndirib. Yolda isə yeniyetmənin ürəyi dayanıb. Həkimlər altı saat onun həyatını xilas etmək üçün mübarizə aparsalar da, yeniyetməni sağaltmaq mümkün olmayıb.  
Ştatın səhiyyə sisteminin rəhbərliyi ölümə ilkin səbəb kimi koronavirusdan şübhələnsələr də, detallı araşdırmadan sonra dəqiq məlumat veriləcəyini bildirib.  
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ