ABŞ-ın 25 hərbiçisində koronavirus aşkarlandı
Tarix: 27-03-2020, 08:01
Baxılıb: 2 521
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-ın 25 hərbiçisində koronavirus aşkarlandı

27-03-2020, 08:01

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin “Theodore Roosevelt” təyyarə daşıyan gəmisinin azı 25 hərbçisi koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən CNN teleşirkəti məlumat yayıb.
Mənbələrdən biri bildirib ki, təyyarədaşıyanın içində daha onlarla yoluxmuş aşkarlana bilər. ABŞ-ın Hərbi Dəniz Qüvvələri naziri vəzifəsini icra edən Tomas Modli bildirib ki, “Theodore Roosevelt”də 3 yoluxma hadisəsi aşkarlanıb. Cümə axşamı isə o qeyd edib ki, virusa yoluxanların sayı artıb.
Modlinin sözlərinə görə, yaxın vaxtlarda gəmidə olanların hamısı koronavirus testindən keçəcək. “The Hill" qəzetinin məlumatına görə, “Theodore Roosevelt” gəmisində 5 min hərbçi xidmət keçir.
ABŞ-ın federal və yerli hakimiyyətinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə koronavirusa 83,8 mindən çox yoluxma qeydə alınıb. Bu, dünyanın bütün ölkələrindən yüksək göstəricidir. Birləşmiş Ştatlarda 1,2 mindən çox insan pandemiyanın qurbanı olub. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ