İtaliyada gün ərzində koronavirusdan ölənlərin sayı 500-ə yaxınlaşıb
Tarix: 18-03-2020, 23:16
Baxılıb: 1 021
Google+ Paylaş
Tumblr Paylaş

İtaliyada gün ərzində koronavirusdan ölənlərin sayı 500-ə yaxınlaşıb

18-03-2020, 23:16

İtaliyada son gün ərzində koronavirusdan ölüm hallarının kəskin artımı qeydə alınıb. 
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə xidmətinin başçısı Ancello Borelli bildirib. 

O, qeyd edib ki, gün ərzində koronavirus qurbanların sayı 475-ə, ümumilikdə isə 2 978-ə qədər artıb. Ölkədə xəstələr kimi həmçinin sağalanların da sayı artıb. 
“Bu gün 1 084 insan sağalıb, onların sayı 4 025 nəfərə çatıb”, - deyə o, keçirdiyi brifinqdə açıqlayıb. 
“Bildirməliyəm ki, biz daha 475 ölüm hadisəsini qeydə aldıq”, - Borrelli qeyd edib. 
Beləliklə, İtaliyada COVİD-19 qurbanlarının sayı 2 978 nəfərə çatıb. Ən böyük artım Lombardiyada qeydə alınıb - burada 319 nəfər koronavirusun qurbanı olub. 
Onun sözlərinə görə, ölənlər və sağalanlar da daxil olmaqla, ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 35,7 min nəfəri ötüb. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ