Macarıstanda olan vətəndaşlarımızın DİQQƏTİNƏ
Tarix: 18-03-2020, 17:11
Baxılıb: 1 904
Google+ Paylaş
Tumblr Paylaş

Macarıstanda olan vətəndaşlarımızın DİQQƏTİNƏ

18-03-2020, 17:11


Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən Budapeşt-Bakı çarter reysi təşkil olunub.

Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir:

“Əziz həmvətənlər!

Bildiririk ki, Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanından yola düşməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin [email protected] ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ