ABŞ-dan Rusiyaya sərt tənqid
Tarix: 22-02-2020, 19:37
Baxılıb: 1 414
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-dan Rusiyaya sərt tənqid

22-02-2020, 19:37

Rusiya ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə edir.
Avromedia.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” etibarlı mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə bildirilib ki, Rusiya Demokratlar Partiyasının lider namizədi Berni Sandersin xeyrinə seçkilərə müdaxilə edir.
ABŞ kəşfiyyatı məsələdən xəbər tutduqdan sonra Sandersi bilgiləndirib. Bundan əlavə, prezident Donald Tramp və Konqres üzvlərində də məlumat göndərilib.

Sözügedən xəbərdən sonra açıqlama yayan Sanders məsələ ilə bağlı 1 ay əvvəl bilgi aldığını qeyd edib. O, Rusiya prezidenti Vladimir Putini quldur adlandırıb. Rusiyanın seçkilərə müdaxiləsinə qarşı çıxan demokrat namizəd onları qınayıb.
O, Rusiyanın ABŞ demokratiyasını zəiflətdiyini iddia edib.
Qeyd edək ki, Rusiya ABŞ-da 2016-cı ildə keçirilən seçkilərə də Trampın xeyrinə müdaxilə etməkdə ittiham olunurdu.(publika)

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ