Aİ ölkələri büdcəsiz qala bilərlər – Razılıq əldə olunmadı
Tarix: 22-02-2020, 08:22
Baxılıb: 1 165
Google+ Paylaş
Tumblr Paylaş

Aİ ölkələri büdcəsiz qala bilərlər – Razılıq əldə olunmadı

22-02-2020, 08:22

Avropa İttifaqı ölkələrinin çoxillik büdcəsinin razılaşdırılması üzrə məsləhətləşmələr nəticəsiz başa çatıb.
RİA “Novosti”nin məlumatına əsasən, bu barədə Avropa Şurasının sədri Şarl Mişel bildirib.
Onun sözlərinə görə, görüş iştirakçıları razılığa gələ bilməyiblər.
“Bu sammitdə çox çalışdıq, lakin etiraf etməliyik ki, bizə daha çox vaxt lazımdır”, - Mişel bildirib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə öz növbəsində qeyd edib ki, Aİ ölkələri bu məsələni ilin sonuna qədər həll etməlidirlər, “əks halda büdcəsiz qalacaqlar”.
Avropa Şurasının xüsusi iclası fevralın 20-də Brüsseldə açılıb. Ölkələrin nümayəndələri bir müddət öncə Avropa Parlamenti tərəfindən mənfi qiymətləndirilmiş çoxillik büdcə barədə danışıqlar aparıblar.
Avropa İttifaqının cari büdcəsi 31 dekabr 2020-ci ilə qədər hesablanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ