Bakı metrosuna yeni vaqonlar gətiriləcək - BU TARİXDƏ
Tarix: 21-02-2020, 17:08
Baxılıb: 1 914
Google+ Paylaş
Tumblr Paylaş

Bakı metrosuna yeni vaqonlar gətiriləcək - BU TARİXDƏ

21-02-2020, 17:08

“Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək”.
Avromedia.az xəbər verir ki, bunu report-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.Onun sözlərinə görə, ölkəyə ümumilikdə, 20 vaqonun gətirilməsi gözlənilir: “Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək”.Xatırladaq ki, ötən il oktyabr ayında “Bakı Metropoliteni” Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ