18 fevralda Afinada ictimai nəqliyyat işləməyəcək
Tarix: 18-02-2020, 08:59
Baxılıb: 1 632
Google+ Paylaş
Tumblr Paylaş

18 fevralda Afinada ictimai nəqliyyat işləməyəcək

18-02-2020, 08:59

Fevralın 18-i Yunanıstanın paytaxtı Afina şəhərində insanlar ictimai nəqliyyatdan istifadə edə bilməyəcək.
“RİA Novosti” xəbər verir ki, buna səbəb ölkədə pensiya sisteminə edilən dəyişikliklərlə bağlı həyata keçiriləcək 24 saatlıq tətil olacaq.
Şəhərdə metro, avtobus, tramvay və trolleybus kimi ictimai nəqliyyat vasitələri fəaliyyət göstərməyəcək.
Bundan əlavə, tətilə Yunanıstanın bir sıra şəhərlərində yerləşən iş mərkəzləri və çoxlu sayda həmkarlar ittifaqı qatılmaq niyyətindədir.
Qeyd etmək lazımdır ki, tətilə dənizçilərin qoşulması səbəbindən Pirey limanı da müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ