Rusiya əsgərləri müqavilə əsasında xidmət edəcəklər
Tarix: 17-02-2020, 21:06
Baxılıb: 882
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya əsgərləri müqavilə əsasında xidmət edəcəklər

17-02-2020, 21:06

Rusiya Silahlı Qüvvələri bir müddətdən sonra tamamilə müqavilə əsasında xidmət edən hərbçilərdən ibarət olacaq.
Avromedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondaryev jurnalistlərə məlumat verib.
O deyib ki, Rusiyada həqiqi hərbi xidmətə ildə iki dəfə keçirilən çağırış zamanı 150 min əsgər xidmətə cəlb olunur. Hazırda hərbi xidmət keçən əsgərlər gələcəkdə mobil ehtiyat qüvvələrini təşkil edəcəklər.
Senator qeyd edib ki, bu gün cəmiyyətdə orduda qulluq etməyə maraq yüksəkdir. Bu, 2017-ci ildə qəbil edilmiş və hərbi qulluq keçməyən şəxslərə 10 il dövlət və bələdiyyə qulluğunda işləməyi qadağan edən qanunla bağlıdır.
V.Bondaryevin sözlərinə görə, indi Rusiya ordusunda təxminən 400 min hərbçi müqavilə əsasında xidmət edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ