Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək
Tarix: 17-02-2020, 18:14
Baxılıb: 1 129
Google+ Paylaş
Tumblr Paylaş

Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17-02-2020, 18:14

Çinin "China Construction First Group" şirkəti Pekində gündə 250 min tibbi maska istehsal ediləcək yeni fabrika inşa edəcək.
Avromedia.az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Fabrikin inşası bu gün başlayıb və altı gün ərzində başa çatacaq. İşçilər cədvələ uyğun işi bitirmək üçün bir neçə növbədə çalışacaqlar. İnşaatçıların yeni koronavirusa yoluxmaqdan qorunması üçün onların hər gün temperaturu ölçüləcək, yoluxmuş insanlar isə yaşayış məntəqələrindən  uzaqlaşdırılacaq.
Yeni virus epidemiyası fonunda tibb işçiləri və geniş ictimaiyyət arasında maskalara böyük tələbat yaranıb. Çin hökuməti tibbi məhsul istehsalçılarını istehsalı artırmağa təşviq edir.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ