Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib
Tarix: 17-02-2020, 17:50
Baxılıb: 1 628
Google+ Paylaş
Tumblr Paylaş

Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib

17-02-2020, 17:50

Kamerunun cənubunda 14-ü uşaq olmaqla 22 kəndli silahlılar tərəfindən qətlə yetirilib.
Avromedia.az xəbər verir ki, bu barədə "France Presse" BMT nümayəndəsinə istinadən məlumat yayıb.
Hücum cümə günü baş verib. Hücum baş verən ərazidə əsasən ingilis dilli əhali yaşayır.
"14 uşaq olmaqla 22 nəfər ölüb", BMT-nin Kamerunun şimal-qərb və cənub-qərb bölgələri üzrə  nümayəndəliyinin sözçüsü Ceyms Nunan bildirib.
Onun sözlərinə görə, naməlum şəxslər beş yaşından az olmaqla doqquz uşağı, hamilə ananı və uşaqlarını qucağında daşıyan iki qadını öldürüblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ