Özbəkistanda bir gün ərzində 10 ali məktəb rektoru işdən çıxarıldı
Tarix: 15-02-2020, 12:10
Baxılıb: 1 824
Google+ Paylaş
Tumblr Paylaş

Özbəkistanda bir gün ərzində 10 ali məktəb rektoru işdən çıxarıldı

15-02-2020, 12:10

Özbəkistanın Nazirlər Kabineti fevralın 14-də ali təhsil müəssisələrinin rektorlarının təyin edilməsi haqqında qərar qəbul edib.
Avromedia.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verilir ki, bu il yanvarın 31-də Prezident Şavkat Mirziyoyev elmi-tədqiqat müəssisələrinin alimləri və rəhbərləri ilə görüş zamanı yaxın günlərdə ali məktəblərin bir neçə rektorunun vəzifəsindən gedəcəyini bildirib.
Sənədə uyğun olaraq Əlişir Umarov Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilib.
Şavkat Şaripov Cizak Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsini tutub.
Bahadir Sobirov Navoi Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsinə təyin edilib.
Sobithon Turgunov Namangan Dövlət Universitetinin rektoru olub.
Batır Usmanov Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru vəzifəsində çalışacaq.
Orifjan Bazarov Karşi Mühəndis-İqtisad İnstitutunun rektoru vəzifəsinə təyin edilib.
Şaribboy Ərqaşov Namanqan İnşaat Mühəndisləri İnstitutunun rektoru olub.
Mamirjon Atacanov Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində çalışacaq.
Abdullajon Xamrakulom Həştərxan Dövlət Texniki Universitetinin Daşkənd Vilayət filialının icraçı direktoru təyin edilib.
Daşkənd Dövlət Stomatologiya İnstitutunun rektoru Jasur Rizayev Səmərqənd Dövlət Tibb İnstitutunun rektoru olub.
Hazırda Daşkənd Dövlət Stomatologiya İnstitutunun rektoru vəzifəsi boş qalır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ