Məşhur müğənnidən zəlzələ ilə bağlı çağırış: Özümü saxlaya bilmədim, səssiz olun!
Tarix: 27-01-2020, 21:52
Baxılıb: 667
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur müğənnidən zəlzələ ilə bağlı çağırış: Özümü saxlaya bilmədim, səssiz olun!

27-01-2020, 21:52

Türkiyəli məşhur müğənni Bengü üç gün əvvəl Elazığda baş vermiş 6,8 ballıq zəlzələ ilə bağlı paylaşım edənlərə çağırış edib.
“Haber Global”ın məlumatına görə, bu barədə müğənni “İnstagram” hesabında yazıb.
O, vətəndaşları baş vermiş hadisəyə daha həssas yanaşmağa səsləyib:
“Bir az baxdıqda belə, insanın içi qan ağlayır. Kimisə mühakimə etmək həddimə deyil, ancaq özümü saxlaya bilmədim... Qəlbim qan ağlayır çünki... Yaxşı, gəzin-dolanın, yeyin-için, ancaq heç olmasa dağıntılar altında həyatını itirmiş vətəndaşlarımız çıxarılarkən, insanların həyatları başlarına yıxılmışkən, analar və uşaqlar həyat mübarizəsi apararkən azca da olsa səssiz qalın!”, - Bengü yazıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ