“Facebook Messenger”də YENİLİK
Tarix: 27-01-2020, 14:30
Baxılıb: 1 129
Google+ Paylaş
Tumblr Paylaş

“Facebook Messenger”də YENİLİK

27-01-2020, 14:30

"Facebook" şirkəti "Messenger" əlavəsinə sifətin tanınması sistemini əlavə etməklə istifadəçi yazışmalarına qanunsuz müdaxilələrdən yeni mühafizə səviyyəsi təqdim etməyi planlaşdırır.
Funksiyanın ilkin versiyasını "Facebook Messenger" əlavəsində Honkonqun təhlükəsizlik üzrə tədqiqatçısı Mançun Von aşkarlayıb. Onun sözlərinə görə, funksiya "WhatsApp" messencerindəki biometrik mühafizə sistemləri kimi işləyir.
Bildirilir ki, istifadəçilər sifətə görə autentifikasiyanı aktivləşdirə və bloklanmanın işədüşmə vaxtını (Facebook Messenger-i tərk etdikdən 1 dəqiqə, 15 dəqiqə və ya 1 saat sonra) seçə bilərlər.
Funksiyanın təsvirində qeyd olunur ki, sifətin tanınması funksiyası işə salınmış vəziyyətdə olan zaman istifadəçilər əlavəni blokdan çıxarmaq üçün "Face ID" skanerindən istifadə etməlidirlər. Onlar əlavə bloklanmış vəziyyətdə olanda da bildiriş məlumatlarını oxuya və zəngləri cavablandıra biləcəklər. "Face ID" skaneri "Facebook"da ötürülmür və saxlanılmır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ