Beyin yandıran bəzi filmlər
Tarix: 21-01-2020, 18:30
Baxılıb: 1 650
Google+ Paylaş
Tumblr Paylaş

Beyin yandıran bəzi filmlər

21-01-2020, 18:30

Bəzən beynimizi yandıran və düşündürən filmlərə baxmaq istəyi gəlir. Həmin anda hələ də baxmamısınızsa, mütləq baxmalı olduğunuz filmləri sizə təqdim edirik.
1. Coherence (2013) IMDb: 7.2
İlk başlarda sıxıcı gəlsə də, yarıda buraxmayın. O hissələr sadəcə mövzunu anlayasınız deyə qoyulub. Film IQ səviyyəsinizi sorğulamağınıza səbəb ola bilər.
2. Predestination (2014) IMDb: 7.5
Filmin mövzusu haqqında bir şey demək çətindir. Amma bir o qədər maraqlı və axıcı filmdir. Filmdə baş verənlər insanın beynini yandıracaq tərzdəndir.
3. Machinist (2004) IMDb: 7.5
Bir il müddətində heç vaxt yatmadığınızı düşünün. Film sizi düşünməyə imkan vermədən hadisələrə keçid edir.
4. 12 Monkeys (1995) IMDb: 8.0
Baş rolda Bruce Wills olan film, keçmişə qayıdıb hər kəsin anlaya bilməyəcəyi mesajlar verən bir filmdir. Eyni zamanda da paradoksal hadisələrə də yer verilmişdir.
5. The Sixth Sense (1999) IMDb: 8.1
Hamı tərəfindən tanınan qorxu filmi tərzində çəkilmiş olsa da, əslində elə olmayan və axıcı filmdir. Diqqətli izləyin, sonu gözlənilməyən bitir.
6. Shutter Island (2010) IMDb: 8.1
Di Caprio filmləri arasındakı ən uğurlu filmlərdəndir. Adaya araşdırma məqsədli gedən insanın yaşadığı hadisələrdən bəhs edir. Filmin sonu olduqca beyin yandırıcıdır. Anlamaq üçün bir neçə baxmaq lazım ola bilər filmə.
7. Memento (2000) IMDb: 8.5
Beyin yandıran filmlər siyasında mütləq olan filmlərdən biridir. Christopher Nolanın direktorluq etdiyi film hadisələrin həll edilməsi üçün izləyicidən kömək istəyir sanki.
8. Interstellar (2014) IMDb: 8.6
Daha bir Christofpher Nolan filmi! Elmi-fantastik janrda əfsanəvi olmuş və eyni zamanda sonu heç gözlənilməyən olan filmlərdəndir.
9. Inception (2010) IMDb: 8.8
Yenə bir Christopher Nolan filmi 😀 Qarmaşıq qurğusu ilə izləyicini dəli edəcək tərzdədir. Filmi anlayanlar üçün möhtəşəm, anlamayanlar üçün isə xəyal qırıqlığı ola bilər…
Avromedia.az
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ