Rusiyada yaşayış binasında güclü yanğın olub, 11 nəfər ölüb
Tarix: 21-01-2020, 09:55
Baxılıb: 1 141
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada yaşayış binasında güclü yanğın olub, 11 nəfər ölüb

21-01-2020, 09:55

Rusiyanın Tomsk vilayətinin Asinovski rayonundakı fərdi yaşayış binasında güclü yanğın olub, 11 nəfər ölüb.

Avromedia.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, Tomsk vilayətinin Asinovski rayonu, Prichulymsky kəndindəki birmərtəbəli taxta evdə baş verən yanğın dünən gecə başlayıb.

Yanğında 11 nəfər ölüb, 2 nəfər xilas ola bilib. Ölənlərin hamısı əcnəbi vətəndaşlardır.
Bölgədəki təcili tibbi yardım xidmətinin nümayəndəsi onların Özbəkistan vətəndaşı ola biləcəyini ehtimal edib. Hazırda həlak olanların milliyyəti dəqiqləşdirilir.
Hadisə ilə bağlı operativ qərargah yaradılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ