Xəlifə Həftər beynəlxalq konfransda telefonu söndürüb və yoxa çıxıb
Tarix: 20-01-2020, 23:32
Baxılıb: 1 169
Google+ Paylaş
Tumblr Paylaş

Xəlifə Həftər beynəlxalq konfransda telefonu söndürüb və yoxa çıxıb

20-01-2020, 23:32

Berlin konfransı zamanı Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Həftər telefonu bağlayıb və yoxa çıxıb.
Bu barədə “RİA Novosti” öz mənbəsinə istinadən xəbər yayıb.
“O, qəribə davranırdı:  telefonu söndürdü, onunla əlaqə yaratmaq mümkün olmadı, heç kimə xəbərdarlıq etmədən getdi”, - deyə agentliyin həmsöhbəti danışıqlar zamanı Həftərin davranışı barədə ətraflı məlumat verib.
Mənbənin sözlərinə görə, barışıq imzalamaqdan imtina edən də məhz marşal olub.
Bundan əvvəl “Kommersant” yanvarın 19-da Berlində Liviyadakı vəziyyətlə bağlı keçirilmiş beynəlxalq konfransın uğursuzluğa düçar olduğunu açıqlamışdı.
Konfransdan sonra bütün ölkələrin rəhbərləri hava limanına yola düşüb, brifinqdə yalnız qəbul edən tərəfin nümayəndəsi - Almaniya kansleri Angela Merkel və BMT-nin baş katibi Antonyo Quterres qalıb.
“Ancaq digər tərəfdən, Angela Merkel insanlara başqa nə deyə bilərdi ki? Berlin Konfransı gözlənildiyi kimi uğursuz oldu?” - deyə nəşrdə bildirilib.
Qeyd edək ki, Liviyadakı vəziyyətin tənzimlənməsi mövzusunda beynəlxalq konfrans yanvarın 19-da Berlində baş tutub. Danışıqlarda Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə, Misir liderləri, həmçinin BMT baş katibi, Avropa Komissiyasının rəhbəri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Konfransdan sonra tərəflər Liviyadakı bir sıra problemlərin həllini təmin edən yekun sənəd barədə razılığa gəlib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ