Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib
Tarix: 20-01-2020, 15:14
Baxılıb: 1 632
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

20-01-2020, 15:14

Türkiyə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Avromedia.az xəbər verir ki, bu barədə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada deyilir.
"Türkiyə, qardaş ölkələrin müstəqilliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarını və qızlarını xatırlayır və heç vaxt unutmayacaq. 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, bu yara Azərbaycan və türk xalqlarının yaddaşında hələ də təzədir", açıqlamada deyilir.
Qeyd edilir ki, bu qanlı faciədən 30 il keçməsinə baxmayaraq  günahkarlar hələ də cəzalandırılmayıb.
"Türkiyə bütün sahələrdə qardaş Azərbaycana dəstəyini davam etdirəcək", açıqlamada vurğulanır.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ