20 Yanvarın qisası nə oldu?
Tarix: 20-01-2020, 11:46
Baxılıb: 1 241
Google+ Paylaş
Tumblr Paylaş

20 Yanvarın qisası nə oldu?

20-01-2020, 11:46

Bakıda nə baş verir deyə, səhəri dirigözlü açdığımız o gündən 30 il ötür. Bir vaxt şanlı dediyimiz, paqonunu daşıdığımız Qanlı ordu nə edir, bizi necə öldürür düşüncəsi bizi qorxutmurdu, inandığımıza, sidq-ürəkdən inandığımıza görə sarsıdırdı. Gəncədən Bakıya əlimiz çatmasa da, ünümüz yetməsə də hər an Bakıda törədilən bu qətliamı Gəncədə gözləyidik.
O gün hər birimiz Ülvi Bünyadzadəydik! Tələbə-şəhid olmaq üçün tamarzıydıq sanki...Şəhriyarla, Elçinlə, Teyfurla, Süleymanla və digər qardaşlarla birgə...
"Qığılcım" 2 qrupa bölünmüşdü. Bir qrupumuz elə gecəylə Tovuza getdik. Bakıda nə baş verdiyini də Tovuzda Şuşa televiziyasından öyrəndik. Elə gecəylə də geri qayıtdıq və qrupumuzun digər üzvlərini Bakıya yola saldıq və dəfnə çatdıq...Sonra da Cəlilabad, Lənkəran...
20 yanvar qırğını Gəncədə də olacaqdı. Qarşısını alanlara rəhmət diləyirik! Onlar olmasaydı, Bakıda olandan beşbetəri Gəncədə olacaqdı...Qorbaçovun Gəncədən alacağı şəxsi qisası vardı. Şəhərdəki ağaclara yapışdırdığımız "Qorbaçov ubiyça" plakatlarına və itlərin boynundan asılan şəkillərinə görə.
Şəhər rəhbərliyi və Xalq Cəbhəsinin birgə səyiylə Gəncə qətliamının qarşısı alındı...
20 yanvar qəhrəmanlıq tariximizdir. Hüzn günü yox, ölməzlik, mübarizlik və qəhrəmanlıq günümüzdən 30 il ötür!
Şəhidlərimizin ruhu şad olsun! Qazilərimiz var olsun!
Avromedia.az
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ