Heyvanlar haqqında səhv bildiyimiz 11 məlumat
Tarix: 18-01-2020, 18:35
Baxılıb: 1 831
Google+ Paylaş
Tumblr Paylaş

Heyvanlar haqqında səhv bildiyimiz 11 məlumat

18-01-2020, 18:35

Heyvanlar haqqında bir çox məlumat oxuyub, eşitmişik. Bu məlumatları sorğu sualsız qəbul edirik, ancaq heyvanlar haqqında bildiyimiz bir neçə bilgilər yanlışdır. 🙂


  1. Dəvəquşu – dəvəquşuların qorxanda başlarını quma basdırdıqlarını çox eşitmişik, ancaq bu xəbər yalnışdır. Əksinə, dəvəquşuları qorxduqları zaman bacara bildikləri qədər qaçırlar.

  2. Buğa – Buğaların qırmızıya olan nifrəti də inandığımız məlumatlardandır, ancaq onlar qırmızı rəngə əsəbləşməzlər, buğaları əsəbləşdirən önlərində hərəkət edən əşyalardır.

  3. İt – İtlərin ətrafı ağ qara gördükləri deyilsə də, bu yalnışdır. İtlər insanlar qədər rəngarəng görməsələr də, rənglərin bir çoxunu görə bilirlər.

  4. Fil – “Fil kimi gurultulu yerimək” sözü də əslində səhvdir. Fillər iri həcmli heyvanlar olsa da, yerişləri sandığımız qədər səs-küylü deyil.

  5. Köstəbək – Köstəbəklərin kor olduğuna illərdin çoxumuz inanmışıq, amma köstəbəklər tamamilə kor deyil, zəif də olsa ətrafı görə bilirlər.

  6. Qurbağa – Xalq arasında yayılmış bir inanc vardır ki, qurbağalara toxunandan sonra insanda ziyillər əmələ gəlir, ancaq bədənimizdə yarana biləcək ziyillərin səbəbi qurbağalar deyil.

  7. Siçan – Bir çoxumuz siçanların pendiri çox sevdiyini düşünürük. Bəlkə də bu cizgi filmlərinin bizim şüurumuza təsirindəndir. Siçanlar pendir yeyə bilir, ancaq onların sevimli yeməyi pendir deyil.

  8. Buqələmun – Buqələmunların ətrafına görə rəng dəyişdirdiklərini bilirik, ancaq bu tək ətrafa görə deyildir. Onlar həm də hisslərini bildirmək üçün rəng dəyişdirirlər.  Məsələn, əsəbləşəndə, əks cinsi özlərinə cəlb etmək istəyəndə və s. Buqələmunların rəng dəyişdirməsi özlərindən asılı deyil.

  9. Balıq – Balıqların dilsiz olduğu bilinsə də, aqvariumdan səslər eşidə bilərsiniz.

  10. Mavi balina – Cüssəsinə görə bir maşını uda biləcək kimi görünə bilər, ancaq bu dəniz canlılarının uda biləcəyi ən böyük şey bir qreypfrutdur.

  11. Qış yuxusu – Xalq arasında bir çox insanlar heyvanların üşüdüklərinə görə qış yuxusuna getdiyini düşünürlər, ancaq ayıların və bir çox heyvanların qış yuxusuna getməsi soyuqdan deyil, qışda yemək tapmamaqdandır. 🙂

Öyrəndiklərinizi başqaları ilə bölüşün.
Avromedia.az
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ