Bu stansiya yay aylarında istifadəyə veriləcək
Tarix: 17-01-2020, 13:32
Baxılıb: 1 835
Google+ Paylaş
Tumblr Paylaş

Bu stansiya yay aylarında istifadəyə veriləcək

17-01-2020, 13:32

Bakı metropoliteninin “Cəfər Cabbarlı” stansiyasında təmir işləri yekunlaşmaq üzrədir. 
Avromedia.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:
“Artıq stansiyasında memarlıq işlərinə başlanılıb. Platformanın mərmər-qranit örtükləri yenisi ilə əvəz olunur. Stansiya yolunun quraşdırılması işləri də artıq başlayıb. Köhnə yol demək olar ki sökülüb. Onu qeyd edim ki, “Cəfər Cabbarlı” stansiyasından “Xətai” stansiyasına gedən yol dəmir-beton konstruksiyalı olacaq. Stansiya yay aylarında istifadəyə veriləcək”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ