Bakıda sürət həddi endirilən prospektlər – Siyahı
Tarix: 17-01-2020, 12:49
Baxılıb: 1 628
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda sürət həddi endirilən prospektlər – Siyahı

17-01-2020, 12:49

Bu gün Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə hansı istiqamətlərdə sürət həddinin aşağı salındığı məlum olub.
Avromedia.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Heydər Əliyev prospekti (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) - Mərdəkan-Zuğulba və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib.
Dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi 110 km/saat müəyyən edilib. Həmçinin 100 km/saat olan zolaqlar üzrə sürət həddi 90, 80 km/saat olan zolaqda sürət həddi isə 70 km/saata endirilib.
Qeyd edək ki, indiyədək Heydər Əliyev prospektində sürət həddi 120 km/saat idi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ