“20 Yanvar''...
Tarix: 17-01-2020, 11:03
Baxılıb: 1 635
Google+ Paylaş
Tumblr Paylaş

“20 Yanvar''...

17-01-2020, 11:03

Əziz Azərbaycan Xalqı!
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-si bolşevik Rusiyası tərəfindən işğala məruz qalmışdır. Xalqımızın azadlıqsevər övladları işğala qarşı uzun müddət mübarizə aparmışdılar. Qırmızı imperiyanın terror aparatı 50.000-dən yuxarı seçmə övladlarımızı repressiyaya uğratmış, ziyalılarımızı güllələmiş, uzaq Sibirə, düşərgələrə göndərmişdir. Bütün bunlara baxmayaraq, tarix xalqımızın yaddaşından azadlıq istəyini silə bilməmişdir. SSRİ-nin siyasi rəhbərliyinin 1985-ci ildə elan etdiyi "yenidənqurma" prosesinə xalqımız da cəlb olundu. Bu siyasət uğurlu olmadı, nəticədə çoxlu sayda münaqişə ocaqları yarandı, vaxtilə işğal edilmiş respublikalarda müstəqilliyin bərpası ideyası önə çıxdı. Bununla da, 80-ci illərin axırlarında Sovet İttifaqının ərazisində Xalq Hərəkatları geniş vüsət almağa başladı. Onların içində ən möhtəşəmi isə Azərbaycanda oldu. Dağlıq Qarabağımız ətrafında aparılan çirkin oyunlar xalqımızı ayağa qaldırdı və 1988-ci il noyabrın 17-dən dekabrın 5-nə qədər olan müddətdə böyük dirçəliş hərakatı baş verdi. Möhtəşəm nümayişlərin qarşısını Moskva dekabrın 5-də çətinliklə də olsa ala bildi. Lakin, xalqımız müstəqil yaşamaq arzusundan dönmədi. Belə ki, 1990-cı il yanvarın 20-də, imperiya ordusu Bakı şəhərində, Neftçala və Lənkəranda əliyalın müqavimət göstərən əhalini, vətənsevər övladlarımızı amansızcasına qətlə yetirdi. Qırğın nəticəsində Azərbaycanın müxtəlif bölgələrində dinc əhalidən ümumilikdə respublika üzrə 149 nəfər qətlə yetirildi, 800 nəfərə qədər yaralanan və itkin düşən oldu. Onlardan ancaq 69 nəfəri Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qalan 80 Şəhidimiz isə Azərbaycanın müxtəlif rayonlarında, öz ata yurdlarında torpağa tapşırılmışdır. Sovet imperiyası Azərbaycanda aldığı zərbədən sonra özünə gələ bilmədi və 1991-ci il dekabr ayında dağılmaqla ömrünü başa vurdu. Azərbaycan həmin il oktyabr ayında müstəqilliyinə qovuşdu. Müstəqillik yolunda neçə-neçə oğul və qızlarımız canlarını qurban verdi. 2020-ci ildə 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd edəcəyik. Çox təəssüf ki, indiyə qədər bu qırğını əyani təsvir və təbliğ edən, hadisələr və Şəhidlərimizin hər biri barəsində müasir standartlara cavab verən məlumatların yerləşdiyi Muzey hələ də yoxdur. Biz, bir qrup ziyalılar, "20 Yanvar Müzeyi"nin yaradılması üçün təşəbbüslə çıxış edirik. 20 Yanvarda baş vermiş qanlı olayın müstəqilliyimizin əldə olunmasını sürətləndirən tarixi hadisə, qəhrəmanlıq salnaməsi olduğunu nəzərə alaraq, belə bir Muzeyin yaradılmasını vacib hesab edirik. Bu muzey bir tərəfdən gənc nəslin yad-daşında Azərbaycanın müstəqilliyinin bərpası tarixini yaşatmaq, digər tərəfdən isə Azərbaycana gələn qonaqların bu şanlı tariximizlə tanış olmaq imkanını yaradacaqdır. 20 Yanvar Şəhidlərinin ailələrini, bu qanlı hadisələrin canlı şahidlərini və iştirakçılarını, Azərbaycan Hökumətini, Vətəndaş Cəmiyyətini, Ziyalılarımızı, Qazilərimizi bu təşəb¬büsə dəstək olmağa çağırırıq!
Avromedia.az
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ