“Yol polisi iş başındadır, bu məlumatı yayanlar...” – Vaqif Əsədovdan açıqlama
Tarix: 14-01-2020, 12:26
Baxılıb: 1 028
Google+ Paylaş
Tumblr Paylaş

“Yol polisi iş başındadır, bu məlumatı yayanlar...” – Vaqif Əsədovdan açıqlama

14-01-2020, 12:26

“Son bir neçə gündə bəzi söz-söhbətlər yayılıb. Yayılan informasiyalar həqiqəti əks etdirmir”.
Bu sözləri Avromedia.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O, vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatların kimlərinsə reklam xarakterli planı olduğunu vurğulayıb: “Yol polisi işçiləri xidmət başındadır. Mən də öz funksional vəzifəmi qanun çərçivəsində icra edirəm. Bunu yayanların məqsədinin nə olduğunu bilmirəm”.
Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti sərəncama götürülüb. Hazırda köhnə əməkdaşlar vəzifələrini icra edirlər. Yeni şəxsi heyət təsdiqləndikdə kimlərin vəzifədə qalıb, kimlərin çıxarıldığı bəlli olacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ