Mehriban Əliyevadan Xoşbəxt Yusifzadə ilə bağlı - Paylaşım
Tarix: 14-01-2020, 09:43
Baxılıb: 1 128
Google+ Paylaş
Tumblr Paylaş

Mehriban Əliyevadan Xoşbəxt Yusifzadə ilə bağlı - Paylaşım

14-01-2020, 09:43

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəni 90 illiyi münasibətilə təbrik edib.
Kult.az xəbər verir ki, Mehriban xanım bu barədə İnstaqramda paylaşım edib.
"Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.
Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!" – paylaşımda qeyd olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ