Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vəzifələri artırılıb
Tarix: 19-12-2019, 18:32
Baxılıb: 870
Google+ Paylaş
Tumblr Paylaş

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vəzifələri artırılıb

19-12-2019, 18:32

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vəzifələri artırılıb.

Avromedia.az-ın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnaməsində dəyişiklik edib.

Fərmana əsasən, Komitənin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:

- "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə fiziki şəxslərə (ekspertlərə) ixtisas attestatı vermək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda attestatın qüvvədəolma müddətini dayandırmaq və ya ona xitam vermək;

- informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərin və onların işlədikləri hüquqi şəxslərin (ekspert təşkilatlarının) reyestrinin aparılmasını təmin etmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

- "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğun olaraq mətbu nəşrlərin və digər informasiya məhsullarının işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasını təşkil etmək;

- informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert şurası yaratmaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ