Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
Tarix: 14-12-2019, 19:41
Baxılıb: 778
Google+ Paylaş
Tumblr Paylaş

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"

14-12-2019, 19:41

"Hadisə yerinə 17 yanğın texnikası, 75 yanğınsöndürən cəlb edilib. Yanğında xəsarət alan yoxdur. Hadisə yerində iki "QAZel" markalı avtomobil qismən yanıb".

Avromedia.az-ın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi general Füzuli Əsədov bildirib. Onun sözlərinə görə, yanğın təxminən 300 kv. metr sahəni əhatə edib: "Yanğınla bağlı məlumat Böhran Xidmətinə saat 17:29-da daxil olub. Hadisə yerinə yanğınsöndürənlər təxminən 4 dəqiqəyə çatıb. Bakının başqa rayonlarından əlavə qüvvələr gətirilib. Təxminən yarım saat ərzində yanğın məhdudlaşdırılıb".


https://youtu.be/PFh1pXZU98Yскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ